Share This

Aflatun Abdullayev

Bir gün daşa dönmək üçün qayaların arasına girdim. Daşların arasında sıxılıb unutmaq istədim hərşeyi, daşlaşıb yenidən yumşalmaq istədim.

Daşlar, qayalar sıxdı məni, daşlaşdım, qayalaşdım.

Bir gün qopub qayadan düşdüm yerə. Gələn-gedən heyrətlə baxdı mənə.

Bir də gördüm ki, bir heykəltəraşın otağındayam.

Mənə baxdı, baxdı… alətlərini götürüb başladı yonmağa.

Yondu… yondu… məni yaratdı. Biraz burnumu, biraz əllərimi, biraz saçımı… sonra qarşıma güzgü qoydu, özüm özümə təəccübləndim. Eynən məni yonmuşdu, hətta mimikalarıma hisslər də qoymuşdu.

Gecə qaranlıqda oyandım, heykəltəraşın otağını kor-peşman tərk etdim. Mən əzabla gizlənmişdim, məni oradan çıxardı. Mən əziyyətlə daşlaşmışdım, məni yumşaltdı.

İndi artıq bütün heykəlləri başa düşürəm, heykəl dilində danışa bilirəm. Bütün heykəllərin içində mənim kimi insanlar var. Amma, onlar mənim kimi emalatxanadan qaçıb tərk etməyiblər yerlərini. Onlar nə olacaqlarının sonunu gözləyib şəkil çəkdirmək üçün klouna dönüblər.

Monoloqu təzə bitirmişdim ki, müəllim hirsləndi ki, “yenə niyə yatdın?”

Pyes yaxşı pyesdir, öz sözlərimi demək üçün yer çoxdur. Indi keçək reallığa, sabah filmi çəkmək üçün hazırlığa başlamalıyam. Aktyor tapa bilmesem gərək özüm oynayam.

Müəllim: Aflatun?

Mən: Bəli.

Müəllim: yeməkdən sonra hamı səhnədə olsun.

Mən: Yaxşı.

Rejissor olacam böyüyəndə. Bilirsən niyə? Çünki, nə qədər istəsən fasilə edə bilirsən. Fasilədə maraqlı şeylər düşünürəm və yazıram.

 

all posts of author

Comments

comments